Dini Etiqad Azadlığı haqqında qanuna edilən əlavə və dəyişlikliklərdən sonra DQDK-dan 510 dini icma qeydiyyatdan keçib”- AÇIQLAMA

Dini Etiqad Azadlığı haqqında qanuna edilən əlavə və dəyişlikliklərdən sonra DQDK-dan 510 dini icma qeydiyyatdan keçib”- AÇIQLAMA
"Dini Etiqad Azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQDK) 510 dini icma qeydiyyatdan keçib. Bu barədə qurumun mətbuat xidmətindən Saleh Aslanov SİA-ya açıqlamasında deyib. O bildirib ki, son dəfə komitədən 30 dini icma qeydiyyatdan keçib ki, onların hamısı islam təmayüllü icmalar olub. Onun sözlərinə görə, komitə qeydiyyata alınan icmaların fəaliyyəti, problemləri ilə daim maraqlanır, onların fəaliyyətləri istiqamətində lazımi tövsiyələr verir.

Müəyyən problemlər əsasında qeydiyyata alınmayan dini icmaların da olduğunu dilə gətirən S. Aslanov söyləyib ki, bəzi icmaların sənədlərində problem olduğuna görə onlar komitə tərəfindən qeydiyyata alınmır.

"2009-cu ildə qanuna edilən dəyişiklikdən sonra dini icmaların təkrar qeydiyyata alınması üçün məlum vaxt qoyulmuşdu. Bu müddət ərzində mövcud olan icmalar yenidən qeydiyyatdan keçməli idilər. Onlarin bir çoxu təkrar qeydiyyatdan keçsə də keçməyənlər də oldu. Bəzi icmaların sənədlərində problemlər olduğuna görə onlar qeydiyyata alınmır, imtina edilir. Əgər həmin icmalar problemi aradan qaldırırsa, o zaman icma qeydiyyata alınır. Qeydiyyata başlanılan dövrdən indiyə qədər təxminən 20-30 icma sənədlərində olan problemə görə qeydiyyatdan keçə bilməyib".

Dini icmalar arasında islam təmayüllü icmaların çoxluq təşkil etdiyini vurğulayan S. Aslanov qeyd edib ki, qeydiyyata alınan icmalar arasında xristian, yəhudi, krişna və bəhai icmaları da var.

Bütün xəbərlər Facebook səhifəmizdə