Gözlənilən hava şəraiti açıqlanıb

Oktyabrın 18-i gündüz saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 19-22 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə