AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində olub
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, burada əməkdaşlara mədəniyyət ocağı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğı nəticəsində muzeyin fondu xeyli zənginləşib.
Məlumat verilib ki, mühafizə olunan eksponatlar sırasında Naxçıvan Muxtar Respublika ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri, müxtəlif çeşidli əmək alətləri, paleolit və neolit dövrünə aid əşyalar, dən daşları, daş çəkiclər, sümük bizlər, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və naqqaşlıq, o cümlədən milli geyimlər, bədii tikmə nümunələri və digər eksponatlar var. Həmçinin burada elmi-tədqiqatlar işləri aparılır, sərgilər təşkil edilir, görüşlər, konfranslar, dəyirmi masalar, maarifləndirici tədbirlər keçirilir.
Bölmə əməkdaşları muzeyin ekspozisiya zalı ilə tanış olub, xatirə şəkili çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB