Sabirabaddakı Mədəniyyət Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu ilə əlaqədar zona toplantısı keçirilib. Toplantıda rayonun rəhbər işçiləri, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Milli Məclisin deputatı Elçin Quliyev, Gənclər Fondunun, İqtisadiyyat və Təhsil nazirliklərinin əməkdaşları, Sabirabad və ətraf 7 rayonun gənclər və idman idarələrinin rəisləri və həmin rayondan olan gənclər iştirak ediblər.
SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra gənclərin əl işlərindən ibarət sərgiyə baxış olub.
Mədəniyyət Mərkəzinin akt zalında keçirilən zona toplantısı Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərimizin qazandıqları nailiyyətlərdən danışıblar.
Sonra aidiyyəti dövlət qurumlarının ekspertlərinin iştirakı ilə müzakirələr aparılıb. Müzakirələrdə gənclər arasında dini radikalizmin profilaktikası və təhlükəsiz mühit, ətraf mühitin qorunması - gənclərin iştirakı və məsuliyyəti, həmçinin Azərbaycan iqitsadiyyatının sürətli inkişafında gənclərin rolundan bəhs olunub.
Sonda toplantı iştirakçılarının sualları cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.
Toplantıda zonaya daxil olan 7 rayon və şəhərdən Azərbaycan Gənclərinin VIII Forumuna nümayəndələr seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB