Milli Məclisin elm və təhsil komitəsinin sədri: “Bu gün dövlət sifarişli ixtisaslarda illik təhsil haqlarının artırılmasına çox ciddi ehtiyac var” - MÖVQE

Milli Məclisin elm və təhsil komitəsinin sədri: “Bu gün dövlət sifarişli ixtisaslarda illik təhsil haqlarının artırılmasına çox ciddi ehtiyac var” - MÖVQE
Dövlət sifarişli ixtisaslarda illik təhsil haqqının artırılması məsələsinə həm Maliyyə Nazirliyi, həm Təhsil Nazirliyi, həm də Nazirlər Kabineti tərəfindən münasibət çox yüksəkdir. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, bu gün doğrudan da dövlət sifarişli ixtisaslarda illik təhsil haqlarının artırılmasına çox ciddi ehtiyac var. Ş.Hacıyevin sözlərinə görə, universitetlər yeni maliyyə sisteminə keçəndən sonra daha əlverişli şərait və yüksək vəsait əldə etməlidirlər: "Belə ki, onların dünyada təhsil sistemində gedən bütün innovasiyaları tətbiq etmək imkanları olmalı və dövlət də o xərcləri ödəməlidir. Keyfiyyətli təhsil yüksək xərc tələb edir. Biz isə yüksək vəsait ayrılmasının fikrində və ya iddiasında da deyilik. Amma optimal bir həcmdə vəsaitin artırlmasına ehtiyac var. 100 faiz əminliklə deyə bilərəm ki, bu gələn tədris ili üçün həyata keçirilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə