Ramiz Quliyev: "Daşınmaz əmlakın vahid kadastr sisteminin tərtib edilməsi də zəruridir" - MÖVQE
"Əmlak münasibətlərinin tənzimlənməsi sahəsində aparılan islahatlar bu sahə ilə bağlı olan digər sahələrdə də təkmilləşdirmə, modernləşdirmə işlərinin həyata keçirilməsini zəruri edir. Belə sahələrdən biri kimi, daşınmaz əmlakın vahid kadastr sisteminin tərtib edilməsi də zəruridir". Bu sözləri jurnalistlərə açıqlaması zamanı Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin tabeliyində Daşınmaz Əmlak Kadastrı və Texniki İnvertarlaşdırma Mərkəzinin direktoru Ramiz Quliyev deyib.
Onun sözlərinə görə, dövlət kadastrının təşkil edilməsi obyektlər üzərində hüquqların dövlət tərəfindən tanınmasına kömək edəcək: "Hüquqların təmin edilməsi əmlak üzərində əhali tərəfindən sərəncam vermək hüququnu təsbit etməyə kömək edəcək. Ölkəmizdə baş verən bir sıra fəlakətlər nəticəsində sahibkarlarımız öz daşınmaz əmlaklarını tam və ya qismən itirirlər. Bu isə Respubllikada sığorta bazarının formalaşmasına səbəb olur".
Vahid kadastr sisteminin yaranmasının müsbət tərəfləri haqda danışan direktor bələdiyyə və digər orqanların işlərinin yüngülləşəcəyini deyib: "Daşınmaz əmlakın vahid kadastr sisteminin yaradılması bələdiyyələrə, icra hakimiyyəti orqanlarına öz sərəncamlarında olan daşınmaz əmlak obyektlərini yerli əsaslarla idarə etməyə imkan verəcək. Bu da öz növbəsində həmin daşınmaz əmlakdan tam və səmərəli istifadəni təmin edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB