RSXM sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib

RSXM sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib

Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar-20-ci sahə yolundakı sürüşmə təhlükəsinin artması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib. Mərkəzin informasiya şöbəsindən SİA-ya bildiriblər ki, AMEA nəzdində RSXM-in baş direktoru, akademiyanın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.

Hazırda RSXM-in əməkdaşları ərazidə gücləndirilmiş iş rejimində işləyirlər.

Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə