Meşələrin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür
Meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nazirlikdən bildirilib ki, bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısı alınacaq və ərazilərin daim nəzarətdə saxlanması mümkün olacaq.
Qeyd edək ki, bu tədbirlər Respublikanın digər meşə ərazilərində də davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB