"Sürüşmənin dinamikasında aktivlik dayanmayıb" RƏSMİ

"Sürüşmənin dinamikasında aktivlik dayanmayıb" RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri növbətçilik rejimində davam etdirirlər. Bu barədə SİA-ya Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O bildirib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə