Bayıl şosesində sürüşmə ilə əlaqədar tədqiqatlara başlanılıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları paytaxtın Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şosesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı tədqiqatlara başlayıblar. Mərkəzin informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, onun istiqaməti, müstəvisi, dərinliyi, sürüşməyə məruz qalan ərazinin ölçüləri və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı mərkəz tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılıb və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə