Elşad İskəndərov: “Erməni diasporu "Xocalıya Ədalət" kampaniyasının fəaliyyətinə mane olur” - AÇIQLAMA

Elşad İskəndərov: “Erməni diasporu "Xocalıya Ədalət" kampaniyasının fəaliyyətinə mane olur” - AÇIQLAMA
"Xocalıya Ədalət" kampaniyası çərçivəsində hazırda Xocalı faciəsi ilə əlaqədar sənədli filmin çəkilməsi üzərində işlər gedir. SİA-nın verdiyi xəbərə görə, bu barədə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) baş katibi Elşad İskəndərov jurnalistlərə verdiyi açıqlamasında deyib. Filmin ssenari işlərinin başa çatdığını deyən baş katibin sözlərinə görə, filmin yaradıcı heyəti artıq məlumdur.

Açıqlaması zamanı erməni diasporunun kampaniyanın işlərinə mane olması məsələsinə də toxunan E.İskəndərov məsələ ilə bağlı ətraflı məlumatın gələn ilin fevral ayında veriləcəyini dilə gətirib.

"Bilirsiniz ki, bizim bütün fəaliyyətlərə erməni diasporu çox təpki göstərir. Lakin indi bu məsələ ilə bağlı detalları açmaq istəmirəm. Gələn ilin fevral ayında bununla bağlı ilkin məlumatları verə biləcəyik. Hətta biz son zamanlar erməni mətbuatilə bağlı monitorinq aparmışıq. Monitorinqlər zamanı erməni mətbuatında "Xocalıya Ədalət" kampaniyasının nəinki Azərbaycan həqiqətlərinin açılması, həmçinin Ermənistan rəhbərliyinin mənfi işıqda göstərilməsi haqqında təhlillərə rast gəldik. Bizim kampaniya 135 ölkə, əsasəndə könüllülər üstündə aparılır. Belə ki, kampaniyamızın əksi olaraq ermənilər sayt yaradıb. Hətta həmin saytda Xocalıya Ədalət kampaniyası adından məlumatlar da yerləşdirilir. Bu Ermənistanın Prezident Administrasiyasının məsul işçiləri həm də erməni lobbisinin səyləri nəticəsində aparılır. Bütün bunlara baxmayaraq bu onun göstəricisidir ki, biz düzgün yoldayıq", - deyə baş katib qeyd edib.

Kampaniya çərçivəsində aparılan imza toplamada 150 minə yaxın insanın iştirak etdiyini deyən E.İskəndərov söyləyib ki, orada iştirak edənlərin hamısı xaricilərdir. Onun sözlərinə görə, əsas məqsəd bu rəqəmin 1 milyona çatdırılmasıdır. Baş katib vurğulayıb ki, kampaniya çərçivəsində BMT-nin üzv dövlətlərinin 3/1-ni təşkil edən İslam Konfransı Təşkilatına üzv dövlətlərinin həm Parlamenti, həm də Xarici İşlər Nazirlikləri səviyyəsində Xocalı faciəsinə insanlığa qarşı cinayət kimi qiymət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə