11 oktyabr 2018-ci il tarixində “Azərkosmos” ASC Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin müəllim və tələbə heyəti üçün “Azərbaycanın peyk layihələri” mövzusunda mühazirə keçirib. ASC-dən SİA-ya verilən məlumata görə, mühazirə iştirakçılarına “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və bu ilin 26 sentyabr tarixində uğurla orbitə buraxılan “Azerspace-2” telekommunikasiya peyki haqqında məlumat verilib.
Görüş əsnasında “Azərkosmos”da aerokosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması və səmərəli kommersiya həllərinin yaradılması məqsədilə “Tədqiqat və İnkişaf Mərkəzi”nin fəaliyyət göstərməsi vuğulanıb və tələbələrlə bu sahədə maarifləndirci müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB