Təhsil naziri: “Hicab məsələsinin müəllimlərə aidiyyətı yoxdur”

Təhsil naziri: “Hicab məsələsinin müəllimlərə aidiyyətı yoxdur”
Təhsil naziri Misir Mərdanov orta məktəblərdə hicablı müəllimlərin dərsə buraxılmaması məsələsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərin sualını cavablandıran M.Mərdanov bildirib ki, hicab məsələsində müəllimlərdən söhbət gedə bilməz. Onun sözlərinə görə, burada söhbət yalnız orta məktəb şagirdindən gedir. Nazir vurğulayıb ki, bu məsələdə ali məktəb tələbələri ilə bağlı hələlik söhbət getməyib.

"Bizim əsas məqsədimiz Azərbaycanı irəliyə, Avropa məkanına aparmaqdır. Bu istiqamətdə işimizi davam etdirəcəyik. Eyni zamanda, öz milli mənəvi-dəyərlərimizi də qorumalıyıq. Bu baxımdan kimin nə deməsindən asılı olmayaraq biz Azərbaycanın dövlət qurumu olaraq dövlətin qanunlarına və qaydalarına xidmət edirik və gələcəkdə də edəcəyik. Azərbaycanı geriyə çəkən heç bir addıma yol vermək olmaz", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə