Yaxın gələcəkdə Malayziyada ölüm cəzası ləğv ediləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə "New Straits Times" qəzeti məlumatı ölkənin Baş naziri Liu Vui Keonqa istinadən yayıb.
Məlumata əsasən, Baş nazir bildirib ki, Malayziya Nazirlər Kabineti ölüm cəzasını ləğv etməklə bağlı qərarı təsdiqləmək üçün sənədi parlamentə göndərib: "Ölüm cəzasını ləğv edən qanun layihəsi oktyabrın 15-də keçiriləcək parlamentin aşağı palatasının növbəti iclasında müzakirə olunacaq".
O, yeni qanun layihəsinin müzakirəsi zamanı ölüm hökmlərinin icrasına moratorium qoyulmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Malaziyada ölüm cəzası xüsusilə ağır cinayətlər üçün təmin edilir. Bura ölüm, yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq, dövlətə qarşı xəyanət, monarxiyaya qarşı silahlı üsyan, eləcə də böyük miqyasda narkotik maddə qaçaqmalçılığı daxildir. Malayziyada ölüm hökmü zamanı məhkumların asılması metodundan istifadə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB