İsveçrədə DQ münaqişəsinin qadınlara çəkdirdiyi iztirablardan danışılıb
Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Oktyabrın 10-11-də İsveçrəyə səfəri çərçivəsində bir sıra görüşlər keçirib. SİA-nın xəbərinə görə, səfərin ilk günü Komitə sədri İsveçrənin Federal Sosial Sığorta Ofisinin rəhbəri Bruno Parnisari, Federal Gender Bərabərliyi Ofisinin direktoru Silvie Durrer ilə görüşlər keçirib. Görüşlərdə, həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.
Görüşlərdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycanda ailə planlaşdırılması siyasəti, ölkəmizdə gender bərabərliyinin istiqamətində atılan addımlar barədə məlumat verilib və bu məsələlərin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən biri olduğu bildirilib. Bundan başqa, görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan cəmiyyətinin bütün təbəqələri, o cümlədən qadınlara çəkdirdiyi iztirablar barədə danışılıb.
Söhbətlər zamanı, həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB