Son 20 ildə təbii fəlakət nəticəsində 1.3 milyon insan ölüb HESABAT

Son 20 ildə təbii fəlakət nəticəsində 1.3 milyon insan ölüb HESABAT

Son 20 il müddətində dünyada baş verən təbii fəlakətlər 1.3 milyon insanın ölümünə və 2.9 trilyon dollar həcmində maddi ziyana səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin təbii fəlakətlərin təhlükəsinin azaldılması üzrə idarəsinin hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, 1998-ci ildən 2017-ci ilə qədər təbii fəlakətlər səbəbi ilə dünya bazarlarında maliyyə itkisi 251% artıb. Fəlakətlərdən zərər çəkən ölkələr iki trilyon 908 milyard dollar itirib, bunun 77% -i hava şəraiti ilə bağlıdır. Təbii fəlakətlər nəticəsində ən çox ziyan çəkən ölkələr ABŞ (944,8 milyard), Çin (492,2 milyard), Yaponiya (376,3 milyard) və Hindistandır (79,5 milyard).

Avropa ölkələrində baş verən daşqın, fırtına və zəlzələlər nəticəsində Fransa 48,3 milyard, Almaniya 57,9 milyard və İtaliya 56,6 milyard itirib.

Sənədə əsasən, son 20 il müddətində dünyada 7255 iri təbii fəlakət hadisəsi baş verib ki, onlardan da çoxu hava ilə əlaqədardır. Hava ilə bağlı baş verən təbii fəlakət hadisəsinə sel və fırtına daxildir. Bu dövr ərzində təbii fəlakətlər nəticəsində 1,3 milyon adam ölüb ki, onların da yarısı zəlzələlərinin payına düşür.

Bundan başqa 4.4 milyard insan yaralanıb, evlərini itirib, təxliyə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə