“Xəbərlər” jurnalının 3-cü nömrəsi işıq üzü görüb

“Xəbərlər” jurnalının 3-cü nömrəsi işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının işıq üzü görən növbəti, 3-cü sayı İctimai və humanitar elmlər seriyasına həsr olunub. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, yeni sayda AMEA-nın Naxçıvan Bölməsi, Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər elm və təhsil müəssisələrdə çalışan əməkdaşların müxtəlif mövzularda apardıqları tədqiqatların nəticələri işıqlandırılıb.

Elmi nəşrin “Tarix”, “Arxeologiya və Etnoqrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “İncəsənət”, “İqtisadiyyat” bölmələrində “Müsəlman Şərqində ilk parlamentli respublika”, “Azərbaycan Xalq Cümhuriyyəti illərində Naxçıvanda siyasi vəziyyət”, “General Maqsud Əlixanovun tərcümeyi-halının az məlum olan səhifələri”, “Naxçıvanda Neolit, Eneolit və Tunc dövrü abidələrinin tədqiqi”, “Məmməd Səid Ordubadi və Üzeyir Hacıbəyovun yaradıcılıq əlaqələri” və digər səpkili məqalələr yer alıb.

Jurnalın “Biblioqrafiya” bölməsində akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası haqqında tarixçi alim, professor Camal Mustafayevin “Naxçıvan tarixinin öyrənilməsində daha bir uğurlu addım” adlı məqaləsi dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə