Xətai rayon Məhkəməsi "vəkil"in “Səs” İnformasiya Agentliyinə qarşı qaldırdığı iddianı rədd etdi
Oktyabrın 8-də hüquqşunas Aslan İsmayılovun “Səs” İnformasiya Agentliyinə qarşı təzminat ödənilməsi və təkzib verilməsinə dair Xətai rayon Məhkəməsində qaldırdığı iddiaya baxılmışdır. Prosesə sədrlik edən Xətai rayon məhkəməsinin hakimi Fuad Məmmədov iş üzrə geniş araşdırma aparmış, iddiaçı Aslan İsmayılovun və Agentliyin nümayəndəsi İlham Əliyevin mövqelərini dinləmiş, geniş sual-cavab fikirləri aparmışdır. Dəfələrlə Aslan İsmayılov Səs qəzetinə, eləcə də Səs İnformasiya Agentliyinə və hakimiyyət nümayəndələrinə qarşı itthamlar irəli sürmüş, təhqirlər səsləndirmişdir.
Məhkəməyə qarşı ənənənvi şantaj metodundan istifadə etməklə şər və böhtanlar səsləndirməkdən çəkinməyən A.İsmayılov bununla ənənəvi ampluasında olduğunu nümayiş etdirmişdir. Hakim onu mahiyyəti üzrə danışmaq, iddialarını sübut etməyə dəvət etsə də, A.İsmayılov hay-küy salıb diqqəti yayındırmağa çalışmışdır. Bütün bunlara baxmayaraq hakim F.Məmmədov A.İsmayılovun “Səs” İnformasiya Agentliyinə qarşı iddialarını rədd edən qərar qəbul etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB