Muxtar Babayev Norveçin Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkilini qəbul edib

Muxtar Babayev Norveçin Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkilini qəbul edib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Norveçin Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Olav-Nils Thue arasında tanışlıq görüşü keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Norveç arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə