Azərbaycan ordusunun hava hücumundan müdafiə bölmələrinin təlimi keçirilib

Azərbaycan ordusunun hava hücumundan müdafiə bölmələrinin təlimi keçirilib

Azərbaycan ordusunun ümumqoşun birlik və birləşmələri hava hücumundan müdafiə bölmələrinin planlı təlim-məşqləri keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Praktiki döyüş atışları ilə icra olunan məşqlərdə şəxsi heyət şərti düşmənin hava hədəflərini aşkar edərək onları daşınan zenit-raket komplekslərindən məhv ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə