Bu gün saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində arıçılıq məhsullarının sərgi-satış yarmarkasının açılış mərasimi keçiriləcək. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib.
Qeyd edək ki, oktyabrın 5-də yarmarkanın açılışı hava şəraiti pisləşdiyinə görə təxirə salınmışdı.
Oktyabrın 28-dək davam edəcək yarmarkada 150 ton bal satışa buraxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB