Bakı Nəqliyyat Agentliyi (BNA) mövcud hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. BNA-dan SİA-ya verilən məlumata görə, hazırda müşahidə edilən yağıntılı havaşəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
"Eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin metereoloji amilləri nəzərə alsınlar", – deyə məlumatda qeyd edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB