Hadı Rəcəbli: “Azərbaycanda nigah yaşının qaldırılması mümkün olmadı”- AÇIQLAMA

Hadı Rəcəbli: “Azərbaycanda nigah yaşının qaldırılması mümkün olmadı”- AÇIQLAMA
"Azərbaycanda nigah yaşıının qaldırılmasının qanunla tənzimləmək mümkün olmadı". Bu barədə SİA-ya millət vəkili Hadı Rəcəbli açıqlamasında deyib. O bildirib ki, çünki Ailə Məcəlləsində nigah yaşının 17 yaş göstərilməsi qızların orta məktəbi bitirməsinə imkan verir. Onun sözlərinə görə, ötən il Azərbaycanda təxminən 86 min nigah bağlayıb ki, onun 5 minə yaxınını 18 yaş civarında olan nigahlar təşkil edib.

"Bu, əlbəttə, xoşagələn rəqəm deyil. Amma bu gün kənd yerlərində elə ailələr var ki, imkanları var evinə gəlin gətirir. Aşağı yaş kütləvi yaş demək deyil. Hesab edirəm ki, qız nə qədər ağıllı, savadlı olsa, o qədər Azərbaycan cəmiyyətinin bünövrəsi olan ailə möhkəm olar, uşaqlarımız tərbiyəli böyüyər. Qızın savadı, ağlı, səriştəsi bu gün önəmli faktdır. Qızlar savadlı olarsa, cəmiyyətimiz o qədər də güclü olar. Çünki ailənin bünövrəsi anadır. Mən həmişə razıyam ki, qızlar bir az gec ərə getsin ağıllı və savadlı olsun. Ana olacaq hər bir qızın ağıllı, savadlı olması mütləqdir. 16-17 yaşlı qız necə ana ola bilər?", - deyə H.Rəcəbli qeyd edib.

Onun sözlərinə görə, nigah yaşının qaldırılması məsələsi "Mərasimlər haqqında" qanun kimi ölkəmiz üçün işlək sayılmır.

Digər ölkələrin nigah yaşlarına toxunan millət vəkili bildirib ki, Çində nigah yaşı 23, İranda 18, Fransada isə 15-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə