Ağcabədidə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Bu gün YAP Ağcabədi rayon təşkilatının qadınlar şurasının və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Qarabağ" Muğam Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Röyalə Hümbətova, Ağcabədi rayon Təhsil Şöbəsinin inspektoru İbrahim Vəliyev, "N" saylı hərbi hissənin əsgəri Fərhad Əhmədli, Ağcabədi Pedaqoji Kollecin YAP ərazi ilk partiya təşkilatının sədri Rövşən Bayramov və digərləri çıxış edərək, müəllimləri bayram münasibətilə təbrik ediblər.
Çıxışlarda vurğulanıb ki, hər il 5 oktyabrda 100-dən çox ölkədə Beynəlxalq Müəllimlər Günü qeyd edilir. Bu, bütün müəllimlərin və təhsil sistemi işçilərinin peşə bayramıdır. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram", - deyən Ümummilli Lider Heydər Əliyev, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin və rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Ulu Öndərin siyasi varisi Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev də respublikamızda təhsilin inkişafına böyük önəm verib, yeni məktəblərin tikintisi, təmiri, elmi-texniki tərəqqinin son nailiyyətlərinin təhsildə tətbiq olunmasını, təhsilin müasir dövrün tələblərinə uyğun olaraq, yenilənməsi üçün çox böyük işlər görür: "Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da "Yeniləşən Azərbaycana Yeni məktəb" layihəsi çərçivəsində böyük uğurlar əldə edilmişdir. Ölkə rəhbərliyinin təhsilə qayğısı Ağcabədi rayonunda da öz əksini tapmışdır.
Tədbirdə pedaqoji sahədə səmərəli fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə, bir qrup müəllim, o cümlədən, uzun müddət müəllim işləmiş, hazırda təqaüddə olan müəllimlərə YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları, YAP sıralarına yeni qəbul edilmiş gənc müəllimlərə vəsiqələr təqdim edilib.
Tədbir bədii hissə ilə başa çatıb.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB