Metro qatarında nasazlıq yarandı

Bakı metrosunda qatarda problem yaranıb. SİA-nın məlumatına görə, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun "Qara Qarayev" stansiyasında qatarların birində nasazlıq yaranıb:“7-8 dəqiqə ərzində maşinist vəziyyətdən çıxa bilib. Sərnişinlər stansiyada düşürülüb və qatar depoya göndərilib. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaransa da, hazırda interval bərpa olunub. Qatarların hərəkətində problem yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə