Səməd Seyidov: “Azərbaycan dünyaya açılan sivil bir ölkədir və burada hər bir insanın dini azadlığı təmin olunub”
"Ümumiyyətlə, hicabla bağlı məsələ Azərbaycan Konstitusiyasında göstərilmiş bəndlərdə yoxdur. Bu çox ciddi məsələdir. Azərbaycan dünyaya açılan sivil bir ölkədir və burada hər bir insanın dini azadlığı təmin olunub". SİA-nın xəbərinə görə, bu barədə son günlər ölkədə geniş müzakirəyə çevrilən hicab məsələsinə münasibət bildirən millət vəkili Səməd Seyidov deyib. O bildirib ki, ölkədə şagirdlərin yəhudi, xristian və ya müsəlman olmasından asılı olmayaraq onların hamısı üçün eyni şərait yaradılıb. S.Seyidovun sözlərinə görə, təhsil sistemini inkişaf etdirmək, dünya dəyərlərini Azərbaycana gətirmək istəyiriksə, Azərbaycanda mütləq sivil dövlətin əsaslarını orta məktəbdə ən yüksək səviyyədə tədris etməliyik.
"Bu da ona istinad edir ki, konstitusiyada göstərilmiş məsələləri həyata keçirək. Heç kimin-nə siravi vətəndaşın, nə də hansısa insanın konstitusiyanı dəyişdirməyə və ya onun müddəalarını pozmağa ixtiyarı yoxdur. Konstitusiyanı diqqətlə oxusanız görəsiniz ki, orada insan haqlarının bütün məsələləri təmin olunub", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB