Bal yarmarkasının açılışı təxirə salındı

Bal yarmarkasının açılışı təxirə salındı

Hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimi təxirə salınıb.

Bunu SİA-ya Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib:"Hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar vətəndaşların və yarmarka iştirakçılarının rahatlığını nəzərə alaraq bal yarmarkasının açılış mərasimi təxirə salınır. Bal yarmarkasının açılışı bu gün baş tutmayacaq. Açılış mərasimi barədə əlavə məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə