Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac var. SİA-nın məlumatına görə, bu dəqiqələrdə Moskva prospektindən mərkəzə doğru nəqliyyat sıxlığı səbəbindən maşınlar saatda 6 km sürətlə hərəkət edir.
O cümlədən Tbilisi prospekti - Şəfayət Mehdiyev ilə kəsişməsi istiqamətində, Azadlıq prospekti - Karl Marks dairəsi istiqamətində, Səməd Vurğun küçəsi - Zorge parkı istiqamətində, Afiyəddin Cəlilov - Yusif Səfərov ilə kəsişməsi istiqamətində sıxlıq müşahidə edilir.
Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində də ləngimələr qeydə alınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB