Təhlükəli “selfi" 259 nəfərin ölümünə səbəb olub

Təhlükəli “selfi" 259 nəfərin ölümünə səbəb olub

Təhlükəli “selfi” 2011-2017-ci illərdə 259 nəfərin ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadın verdiyi xəbərə görə, bu barədə rəqəmlər ABŞ-ın Milli Tibbi Kitabxanası tərəfindən açıqlanıb.

Müəlliflər ölüm hallarının azalması üçün təhlükəli yerlərdə “selfi”yə qadağa qoyulmasını təklif edirlər. Burada söhbət yüksək dağlıq ərazilər, hündür mərtəbəli bina və göllərdən gedir. Çünki, “selfi” ilə bağlı ölüm hadisələri daha çox bu ərazilərdə qeydə alınıb. Aparılan araşdırmalara görə, “selfi” edərkən ölüm halı daha çox Hindistan, ABŞ, Pakistan və Rusiyada qeydə alınıb. Ölənlərdən 72.5 faizini kişilər təşkil edir. Araşdırma müəlliflərinin qənaətinə görə, bu rəqəm getdikcə artmaqdadır. Belə ki, 2011-ci ildə bu rəqəm 3 idisə, 2016-2017 ci illərdə bu rəqəm 98-lə əvəz olunub. Araşdırma müəllifləri “selfi”yə görə ölüm halı hazırda bir neçə dəfə artıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə