Rəhimə Dadaşova: “Aşura günü qan vermə aksiyasında iştirak edənlərin axını nəzərə alınaraq aksiyaların başqa günlər də keçirilməsi mümkün ola bilər”- AÇIQLAMA
"Qafqaz Müsəlmanları İdarəsi (QMİ) artıq neçə illərdir ki, Aşura günü qanvermə aksiyaları həyata keçirir. Bu savab iş olmaqla yanaşı, həm də sosial sifarişli bir aksiyadır". Bu sözləri SİA- ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova açıqlamasında deyib. O bildirib ki, aksiya Səhiyyə Nazirliyi ilə birgə təşkil olunur. Aksiyanın tibbi tərəflərinin Səhiyyə Nazirliyinin Qan Bankının əməkdaşları tərəfindən həyata keçiriləcəyini deyən R. Dadaşova söyləyib ki, QMİ yalnız aksiyanın harada keçirilməsi və onun reallaşması üçün lazımi şəraitin yaradılmasını təmin edir.
O vurğulayıb ki, qanvermə aksiyasında yığılan qanlar talessimiya, hemofiliya və digər qan xəstələri üçün nəzərdə tutulub. İldən ilə kampaniyaya qoşulan məscid və ziyarətgahların sayının artdığını dilə gətirən mətbuat xidmətinin rəhbəri xüsusilə də bölgələrdə fəaliyyət göstərən məscidlərin kampaniyaya maraq göstərdiklərini qeyd edib: "Hər il qanvermə aksiyasına olan maraq artmaqdadır. Xüsusilə də bölgə məscidləri aksiyada iştirak etmək üçün bizə müraciət edirlər. Bölgələrdəki insanların da bu aksiyalara qoşulması üçün biz bölgələrdən müraciət edən məscid və ziyarətgahların adları siyahıya əlavə etmişik.
Aşura günü Təzəpir, Hacı Sultanəli məscidi, Bibiheybət, İşərişəhər Cümə məscidi, Qaraçuxur məscidi, Mir Mövsüm ağa məscidi, Sumqayıt məscidi, Gəncədə İmamzadə, Mingəçevirdəki Heydər, Şəki məscidi, Şirvan məscidi, Lənkərandakı Böyükbazar məscidi və Bərdə məscidində qanvermə aksiyaları həyata keçiriləcək".
R. Dadaşova vurğulayıb ki, Aşura günü qan vermə aksiyasında iştirak edən insanların axını nəzərə alınaraq həmin aksiyaların İmamın üçündə, yeddisində və qırxında keçirilməsi mümkün ola bilər: "Aşura günü daha çox insan qanvermə aksiyasında iştirak etməyə cəhd göstərir. Lakin Səhiyyə Nazirliyinin Qan Bankı bildirir ki, qanın emal olunub rahat şəkildə insanlara çatdırılması üçün qanun bir gündə deyil, müxtəlif günlərdə gəlməsi daha yaxşı olardı. Ona görə də qanverməyə gələnlər İmamın üçündə, yeddisində və qırxında gəlib qan verə bilərlər. Əgər Aşura günündə qanvermə aksiyalarında qan verənlərin sayı çox olarsa, belə bir aksiyanın digər günlərdə keçirilməsi mümkün ola bilər".
Açıqlaması zamanı Aşura günündə qan çıxaran, zəncir vuran insanlar üçün QMİ-nin xüsusi tövsiyyəsi olduğunu xatırladan R. Dadaşova söyləyib ki, idarə Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır. Onun sözlərinə görə, bədənə xəsarət yetirib qan çıxarmaqla qan vermə aksiyalarında iştirak edib qan vermək daha savab və əhəmiyyətlidir.
Aşura gününün özəlliklərindən biri olan qətlin sınmasına gəlincə: "Qətlin sınması hər il olduğu kimi bu ildə günorta saatlarına, yəni 12 radələrinə təsadüf edəcək",- deyə o əlavə edib.
Qeyd edək ki, 1368 il öncə məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə həlak olub. Onlar Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib.
Dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB