Prezidentdən 27 rayonun sakinlərini sevindirəcək sərəncam

Prezidentdən 27 rayonun sakinlərini sevindirəcək sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, sənəddə deyilir ki, Azərbaycanın 27 şəhər və rayonunda 436 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu (islahatlarla bağlı xərclər) yarımbəndində nəzərdə tutulan vəsaitdən 21 194 760 (iyirmi bir milyon bir yüz doxsan dörd min yeddi yüz altmış) manat bu Sərəncama əlavə olunmuş siyahıya uyğun şəhər, rayon icra hakimiyyətlərinə ayrılsın.

Maliyyə Nazirliyinə də bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə