Nazir Azad Rəhimov vətəndaşlarla görüşəcək

Nazir Azad Rəhimov vətəndaşlarla görüşəcək

Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 5-də Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və idman nazirliyindən SİA-ya verilən məlumata görə, qəbulda Lənkəran Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, H.Əliyev prospekti 242, RİH ilə üzbəüz) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Lənkəran: 051-5053030

Astara: 055-7890334; 051-4320110

Cəlilabad: 050-4646244; 070-5261000

Lerik: 050-5684923

Masallı: 055-2374488; 050-6374488

Yardımlı: 050-6827123

Bütün xəbərlər Facebook səhifəmizdə