Cahangir Məmmədli: “Jurnalistika fakultəsinə qəbul olmaq istəyən abituriyentlər üçün mütləq qabiliyyət imtahanı olmalıdır”
Jurnalistika fakultəsinə qəbul olmaq istəyən abituriyentlər üçün mütləq qabiliyyət imtahanı olmalıdır. Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri, professor Cahangir Məmmədli məlumat verib. O bildirib ki, incəsənət universitetinin, konservatoriyanın fakultələrinə qəbul olmaq üçün abituriyentlər qabiliyyət imtahanları verdikləri kimi jurnalistika fakultəsinə də qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verməlidirlər. Onun sözlərinə görə, bilinməlidir ki, bu abituriyentdə heç olmasa adi sintaksis, öz fikrini izah etmək bacarığı var ya yox: "Bundan əlavə, müəyyən olunmalıdır ki, onlar Azərbaycan dilinin leksikasını, qrammatikasını orta məktəb səviyyəsində nə dərəcədə bilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəzən jurnalistikanı riyaziyyat, humanitar elm sahələri ilə müqayisə edirlər. Ancaq biz heç filologiya fakultəsi ilə də müqayisə olunmamalıyıq. Çünki filoloqlar yazıçı hazırlamırlar, amma jurnalistika fakultəsi jurnalistlər hazırlayırlar. Ona görə də bizə mütləq yaradıcılıq müsabiqəsi lazımdır. Bunun üzərində durmuşuq və yəqin ki, bu məsələ həll olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB