İnsan kəlləsinə bənzər 2015 TB145 Asteroidi yerə noyabrın 11-də yaxınlaşacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, asteroid planetimizə 38 milyon kilometr məsafədə yaxınlaşacaq ki, bu da Yerdən Günəşə qədər olan məsafənin təxminən dörddə birini təşkil edir.
Qeyri-adi asteroid ilk dəfə 2015-ci ilin payızında alimlərin diqqətinə cəlb edib. Həmin ilin oktyabrın 31-də asteroid Yerə yaxın yerdən keçib. O zaman ona "Halloween asteroid" adı verilmişdi.
Səmavi cisim planetimizə 486 min kilometr məsafədə yaxınlaşıb. Astrofiziklər artıq cismin bir neçə şəklini çəkməyə müvəffəq olublar. Şəkillərdə asteroidin alnı, çənəsi, göz yuvaları və burun boşluğu görünür.
NASA tədqiqatçılarına görə, 2015 TB145 astreoidi ölü kometadır. Bu, uzunmüddətli orbit və obyektin sürətini göstərə bilər.
Bir asteroidin fərqli xüsusiyyəti onun rəngidir. Səma gövdəsi demək olar ki, tamamilə qara rəngdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB