"Murtuz Ələsgərov Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından olub"
"Murtuz müəllim uzun müddət Milli Məclisə sədrlik edib. Yeni Azərbaycan Partiyasının yaradıcılarından və əsasnaməsini yazanlardan biri olub. Murtuz Ələsgərov Dahi Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından olub. Eyni zamanda, Murtuz müəllim Azərbaycan dövlətinin qanunvericilik bazasının yaradıcılarından biri idi". Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü Şahlar Əsgərov deyib.
Ş.Əsgərov mərhum spikerin xarakterik xüsusiyyətlərindən də danışıb: "Murtuz müəllim söhbətlərinin birində demişdi ki, Universitetdə 6 prorektorumuz olacaq və istəyirəm, onların hərəsi bir bölgədən olsun. Yəni elə olmasın ki, bir bölgədən iki prorektor olsun. Onun bu addımı Ümummilli Lider Heydər Əliyevin də xoşuna gəlmişdi. Ədalətli insan idi. Kəsilən tələbələrə çox həlim yanaşırdı. İclaslarda həmişə deyirdi ki, "Məcburi köçkünü nə pula, nə də qiymətə görə universitetdən çıxarmaq olar. Şərait yaradın, uşaqlar oxusun və kursdan kursa keçsinlər". Bunu rektorlarda çox nadir hallarda görmüşəm. Murtuz müəllimlə xarici səfərlərdə də olmuşam. Mehriban, qayğıkeş insan idi. Onun dövründə prorektor işləmişəm, həm də parlamentin sədri olduğu dövrdə komitə sədri olmuşam".
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB