Nəsimi rayonunda ahıl vətəndaşlar diqqət və qayğı ilə əhatə olunublar

Nəsimi rayonunda ahıl vətəndaşlar diqqət və qayğı ilə əhatə olunublar

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilib.

Nəsimi RİH-dən SİA-ya verilən məlumata görə, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva yaşlı nəslin nümayəndələrini salamlayıb, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmişdir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində son illər pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılıb. Gülarə Verdiyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ahıl və yaşlı insanlara göstərdiyi diqqət və qaygısindan danışmış, onların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətini vurgulamışdır. Çıxışına davam edərək bildirmişdir ki, Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 247 nəfər tənha, kimsəsiz qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 247 ahıl vətəndaşdan 210 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 178 nəfəri qadın, 32 nəfəri kişidir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 6 nəfər sakin yaşayır. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.

Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva, "20 yanvar" cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, göstərilən diqqət və qayğıdan danışmış və onlara göstərilən qaygiya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində görülən işlərdə uğurlar arzulamışlar. Tədbirin sonunda iştirakçılar birgə nahar etmiş və incəsənət ustalarının iştirakı ilə rəngarəng musiqi nömrələrini dinləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə