1918-ci il azərbaycanlıların mart soyqırımı barədə tədbir keçirilib
“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi, Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Arxiv məlumatları əsasında 1918-ci il azərbaycanlıların mart soyqırımı barədə ictimai müzakirələrin təşkili” mövzusunda layihə tədbiri həyata keçirib.31 Mart 1918-ci il Soyqırımı qurbanlarının və vətən uğrunda şəhid olmuş bütün həmvətənlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin iştirakçılarını salamlayan layihənin rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri Vidadi Fətullayev,31 Mart Soyqırımı barədə çap edilmiş arxiv sənədləri haqqında ətraflı məlumat verib və bütün bu sənədlərin, xüsusilə də Azərbaycan Xalq Cumhuriyyəti hökuməti yanında fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən ibarət materiallarının nəşr edilməsinin faktların üzə çıxarılmasında böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Prezidentimiz cənab İlham Əliyevin sərəncamları doğrultusunda, ölkəmizdə müvafiq rəsmi qurumlar tərəfindən araşdırmalar aparıldığını və hər gün yeni arxiv sənədlərinin aşkar edildiyini deyən ictimai birlik sədri,erməni terrorçuluğu və faşizminə aid yeni sübutların aşkarlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti arxivində saxlanılan sənədli materialların araşdırılması zamanı ermənilərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapmış və həmin faktlar bu yaxınlarda qurumun rəsmi internet səhifələrində yerləşdirildirilmişdir. Layihə rəhbəri tərəfindən,üzərindən məxfilik götürülərək geniş ictimaiyyətə açıqlanan bu arxiv məlumatları və faydalanılacaq hiperlinklər barədə tədbir iştirakçılarına məlumatlar çatdırılmışdır.
Tədbirdə çıxış edən layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə çıxışında, aparılan təhqiqatlara əsasən Bakıda 12 min,Şamaxı qəzasında 22 min,Quba qəzasında 16 min, Lənkəranda 2 min, Zəngəzur qəzasında 7 mindən çox azərbaycanlının qətlə yetirildiyini, 100 il əvvəl Quba və Şamaxıda əhali sayının elə qeyd edilən rəqəmlərlə yaxın olduğundan danışaraq, erməni-bolşevik silahlı birləşmələrinin qarşılarına çıxan bütün azərbaycanlıları məhv etdiklərini və bunun da soyqırımından başqa adı olmadığını vurğulayıb. Tariximizi öyrənməyin və təbliğ etməyin vacibliyindən danışan ekspert,bu mövzunu bütün dünyaya çatdırmağın təkcə dövlət qurumlarının deyil, həm də hər birimizin vətəndaşlıq borcu olduğunu bildirib və gəncləri, əllərində olan müasir internet resursları vasitələri ilə bu istiqamətdə mübarizə aparmağa səsləyib.
Tədbirdə iştirak edən universitet Tələbə Gənclər Təşkilatının sədri Səftər Ağayev və diğər gənclər öz çıxışlarında ölkə rəhbərliyinin Azərbaycan gənclərinin qarşısına mühüm vəzifələr qoyduğunu, Odlar Yurdu Universitetində təhsil alan bütün tələbələrin hər zaman Ali Baş Komandanımızın torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün verəcəyi əmrə hazır olduqlarını,universitetlərində oxuyan,həmçinin ölkəmizə qonaq gələn əcnəbi gənclərə Azərbaycanı tanıtdıqlarını və tarixi-vətənpərvərlik mövzusunda tədbirlərin davamlı təşkil edilməsinin əhəmiyyətini vurğuladılar.
Tədbirdə yekun sözü söyləyən Layihə rəhbəri, ölkə başçımız cənab İlham Əliyev və 1-ci vitse prezident Mehriban Xanım Əliyeva tərəfindən gənclərimizə daima qayğı göstərildiyini xüsusi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB