Tütün məlumatlarından istifadəyə görə cərimənin məbləği məlum oldu
Azərbaycanda tütün məlumatlarından istifadəyə görə cərimənin məbləği məlum olub. SİA-nın xəbərinə görə, bu, Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 212.3, 212.4 və 212.5-ci maddələrində öz əksini tapıb.
Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib ki, yeni - 212.3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı olmaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə müəyyənləşdirilib.
Onun sözlərinə görə, 212.4-cü maddəyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə kəsiləcək.
Komitə sədri qeyd edib ki, 212.5-ci maddəyə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə ( tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə - vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB