“Trami” tufanı nəticəsində azərbaycanlılar xəsarət almayıb SƏFİRLİK
Sentyabrın 30-da Yaponiyanı ağuşuna alan güclü “Trami” tufanı nəticəsində bu ölkədə olan azərbaycanlılar xəsarət almayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyidən verilən məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, təbii fəlakət nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Vəziyyət tam nəzarət altındadır.
Xatırladaq ki, Yaponiyada “Trami” tufanı Sakit okenda yaranıb. Cənubdan Yaponiyaya yaxınlaşan tufan özü ilə şiddətli külək və güclü yağış gətirib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində iki nəfər həlak olub, daha iki nəfər itkin düşüb və təqribən 120 nəfər xəsarət alıb. Ümumilikdə 400 minə yaxın ev elektrik enerjisiz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB