“Magistratura və aspiranturada təhsil alan tələbələrin hərbi xidmətə çağırış müddəti uzadılacaq”-Özəl
Yaxın günlərdə Milli Məclisdə magistratura və ya aspiranturaya qəbul olan oğlanların hərbi xidmətə çağırılması ilə bağlı məsələyə yenidən baxılacaq. Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov məlumat verib. O bildirib ki, məsələyə yenidən baxıldıqdan sonra magistratura və aspiranturada təhsil alan tələbələrin hərbi xidmətə çağırış müddəti uzadılacaq. Onun sözlərinə görə, məsələyə indiki yanaşma, təcrübə özünü doğrultmur və müəyyən problemlərə səbəb olur.
"İmkan vermək lazımdır ki, təhsildə fasilə yaranmasın. İntensiv təhsil sistemini pozmaq düzgün deyil. Ona görə də təkliflər var və əminəm ki, yaxın vaxtlarda Milli Məclisdə bu məsələyə baxılacaq. Yaş senzi əvvəlki qanunda olduğu kimi qalacaq, ancaq magistrlar, aspirantlar təhsil aldıqları müddətdə hərbi xidmətdən azad olmalıdırlar. Əgər Milli Məclis bununla bağlı qərar qəbul etsə, onlar azad olunacaqlar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB