Azay Quliyev: "İctimai birliklərin fəaliyyətini təmin etmək üçün qanun qəbul edilməlidir"

Azay Quliyev: "İctimai birliklərin fəaliyyətini təmin etmək üçün qanun qəbul edilməlidir"

“Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün ictimai birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. Bu baxımdan da ictimai birliklərin normal fəaliyyətini təmin etmək belə bir qanun qəbul edilməlidir”. SİA-nın xəbərinə görə, bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev parlamentin payız sessiyasının ilk iclasında çıxış edərkən deyib.

Qanunun qəbul olunmasına ciddi ehtiyac olduğunu dilə gətirən deputat vətəndaş cəmiyyəti tərəfindən irəli sürülən təklifini nəzərə alınacağına ümid etdiyini bildirib.

Spiker Oqtay Əsədov da deputat Azay Quliyevin təklifini dəstəkləyərək deyib: "Hesab edirəm ki, sizin təkliflərinizə müvafiq komitələr tərəfindən baxılacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə