Həmyerlimiz Samara vilayətinin ən böyük mükafatına layiq görülüb

“Samara Vilayəti Azərbaycanlıları Liqası" İdarə Heyətinin sədri, Rayon İctimai Palatasının üzvü Şirvan Kərimov "Samaranın inkişafındakı xidmətlərə görə" Fəxri nişanına layiq görülüb. SİA-nın verdiyi məlumata görə, həmyerlimizin mükafatlandırılması Samara Vilayətinin İctimai Palatasının 10 illiyinə həsr olunmuş "Regionda vətəndaş cəmiyyəti institutlarının inkişafında Samara Rayon İctimai Palatasının rolu" mövzusunda keçirilən konfransda baş tutub. Mükafatı vilayətin qubernatoru Dmitri Azarov təqdim edib.

Yerli saytlara müsahibəsində Şirvan Kərimov vurğulayıb ki, bu mükafatı tək övladı, dünyasını dəyişmiş Aqşin Kərimova həsr edib.

Xatırladaq ki, bu mükafat Samarada ilk dəfə olaraq azərbaycanlıya təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə