Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib

Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunnçu rayon icra hakimiyyəti, YAP Sabunçu rayon təşkilatı və Sabunçu rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəh qəsəbəsindəki "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət mərkəzi"ndə bayram tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə müəssisənin direktoru Qətibə Əsədova rəhbərlik etdiyi qurumun fəaliyyəti və dövlət tərəfindən göstərilən diqqət və qayğılan danışıb.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışında bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsinin ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını bildirib. R.Abbasov, həmçinin son illərdə pensiya yaşına çatmış şəxslər üçün Prezident İlham Əliyevin tapşırığı ilə sosial xidmət müəssisəsində əsaslı təmir və yenidənqurma işlərindən, ahıl insanlar üçün yaradılan yaşayış şəraitinin yaxşılaşdırılmasından danışıb.

Görüşdə Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova Azərbaycanda yaşlı insanlara istər ailədə, istərsə də dövlətimiz tərəfindən diqqət və qayğı olub və bu gün də mövcuddur. R.Fərəcova onu da vurğulayıb ki, "BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır".

Millət vəkili Dilarə Cəbrayılova çıxış edərək bildirib ki, Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır: "Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur".

D.Əliyeva, Prezident İlham Əliyev tərəfindən ahıllara diqqət və qayğı, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə müvafiq sənədlər imzalandığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşlik göstərildiyini söyləyib.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxışında böyüklərə hörmət və qayğı hər bir insanın mənəvi borcudur: "Böyüklərə hörmət Azərbaycan xalqının adət-ənənəsidir. Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində, məhz böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir. Bu, cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir".

M.Abasquliyeva, eyni zamanda onu da söyləyib ki, YAP həmişə müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olan insanlarla görüşlər təşkil edir: "Belə görüşlər bundan sonra da davam edəcək. Çünki Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın rifahı üçün istifadə edilsin".

Müəssisənin sakinləri də çıxış edərək ölkə rəhbərliyinin, xüsusilə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Ahıllar günü ilə bağlı qocalar evainin sakinləri arasında stolüstü oyunlar keçirilib. Sonda qaliblərə fəxri diplomlar verilib. Eyni zamanda. müəssisənin direktoru Qətibə Əsədovaya çalışdığı dövrdə qazandığı nailiyyətlərə görə təşəkkürnamə təqdim edilib.

Görüş ahılların təşkil etdiyi konsert proqramı ilə .davam edib.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə