Bolqar alimi məruzə ilə çıxış edib

Bolqar alimi məruzə ilə çıxış edib

AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə elmi seminarının yay tətilindən sonra keçirilən ilk iclasında bolqar alimi Marian Vırbanov “Bolqarıstanın Pirin dağının vəziyyəti və ətraf mühit problemləri” mövzusunda geniş məruzə ilə çıxış edib. AMEA-dan SİA-ya verilən xəbərə görə, məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası müxtəlif ölkələrin beynəlxalq təşkilatları və akademik qurumları ilə əməkdaşlığı inkişaf etdirir. Bu əməkdaşlıq çərçivəsində Müştərək Proqramlar üzrə 2018-2020-ci illər üçün elan edilmiş layihə müsabiqəsinə görə Bolqarıstan Elmlər Akademiyası ilə AMEA Coğrafiya İnstitutunun “Böyük Qafqaz (Azərbaycan) və Pirin (Bolqarıstan) dağlıq ərazilərinin müasir vəziyyəti və ətraf mühitinin transformasiyası” birgə layihəsi qalib gəlib.

Bu münasibətlə ölkəmizə səfər etmiş bolqar alimi Azərbaycana gəlişindən məmnunluğunu bildirib və konfrans materiallarından ibarət “Dağlıq ərazilərin davamlı inkişafı” toplusunu İnstituta hədiyyə edib. Alim məruzəsində GGCMİ və onun coğrafiya departamenti, layihədə iştirak edən əməkdaşlar, Pirin dağının fiziki-coğrafi xarakteristikası, mühafizə olunan təbiət əraziləri, ətraf mühitə antropogen təsirlər və s. haqqında qənaətbəxş məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə