“Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” TƏDBİR

“Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” TƏDBİR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akademik Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr olunan “Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə konfransın məqsədi Azərbaycanın görkəmli alimi, tanınan ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin müəyyən etdiyi elmi istiqamətlər üzrə müasir dövrdə araşdırmalar aparan gənc tədqiqatçıları bir araya toplamaq, onların elmi nəticələrini müzakirə etmək olub.

Konfransda ADAU ilə yanaşı, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Zoologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Neft-Qaz İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Əkinçilik Elmi Tədqiqat İnstitutu, Bakı Dövlət Universitetini təmsil edən 50-dən çox gənc tədqiqatçının məruzəsinin dinlənilənilib.

Konfrans iştirakçıları aqronomluq fakültəsində akademik Cəlal Əliyevin adını daşıyan auditoriya ilə də tanış olublar. Konfransda ADAU-nun aqronomluq fakültəsinin professor-müəllim və tələbə heyəti və Sloveniyanın Nova Qoritsa Universitetinin prorektoru, professor Mladen Franko iştirak edib.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə