Bilik Fondu “Ümumdünya turizm günü”nə həsr olunmuş tədbir keçirdi
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncənəsət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin tələbələri üçün “Azərbaycan turizmi və onun inkişaf perspektivləri” mövzusunda mühazirə keçirilib.
Bilik Fondunun Mətbuat xidmətindənn SİA-ya verilən məlumata görə, tədbirdə ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru professor Gülşən Əliyeva, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, Fondun Lektorlar Qrupunun üzvü, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tərlan Növrəsli və universitetin Kulturologiya fakültəsinin tələbələri iştirak ediblər.
Mühazirəçi T.Növrəsli tədbirdə Azərbaycanın turizm potensialı, turizmin inkişafının nəzəri və praktik əsasları barədə maraqlı nitq söyləyib. Bildirilib ki, müasir dünyada turizm ən dinamik sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir.
Tədbir fikir mübadiləsi ilə davam etdirilib, iştirakçıların sualları ətraflı cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB