Lənkəranda qohumunu balta ilə qətlə yetirən şəxs tutulub DİN-dən SİA-ya verilən məlumata görə, sentyabrın 27-də Lənkəran rayonunun Vilvan kəndində yaşayan, əvvəllər məhkum olunmuş Mahir Əzimov evində münaqişə zəminində həmkəndlisi olan qohumu Sakit Yusubovun baş nahiyəsinə balta ilə xəsarət yetirib.
Nəticədə S.Yusubov hadisə yerində ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticədə M.Əzimov saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB