Gəncədə baş vermiş terror aktı ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxslərin tam dairəsi müəyyən edilib.
SİA-nın məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.
Onun sözlərinə görə, bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib: "Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib. Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların da yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib. Bu məsələdə heç kim məsuliyyətdən kənardan qalmayacaq. Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB