Lənkəranda “Şəhidlik - mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib
Mənəvi Dəyərlərin Təbliği Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhidlik - mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Lənkəranda Məhərrəmlik və Aşura mərasimlərinin milli-mənəvi dəyərlərimizə və qanunvericiliyə uyğun şəkildə keçirildiyini bildirib. Q. Məmmədov dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev şəhidlik anlayışı, onun mahiyyəti və milli-mənəvi dəyərlər sistemində şəhidliyə münasibət haqqında məruzə ilə çıxış edib. C.Əliyev dövlət tərəfindən şəhidlərin xatirəsinə böyük hörmət və ehtiramın olduğunu, Prezident İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğı göstərdiyini qeyd edib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB