“Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib SƏS TV

“Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib SƏS TV

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, DQİDK və Gənclər Fondunun rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmilərinin, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin, QHT nümayəndələri və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıb.

Komitə sədri bildirib ki, milli-mənəvi dəyərlər xalqımızın özünəməxsus xüsusiyyətidir: "Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, dini, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. Milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslə çatdırılması bizim ən ümdə vəzifələrimizdən biridir".

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun məruzəsi dinlənilib.

Tədbirdə eləcə də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov və digərləri çıxış ediblər.

Konfrans milli-mənəvi irsimizin düzgün təbliği və bu sahədə gənclər təşkilatlarının üzərinə düşən vəzifələrin müzakirəsi ilə yekunlaşıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə